Azərbaycan siqaret idxalını 3%-ə yaxın artırıbbackend

Azərbaycan siqaret idxalını 3%-ə yaxın artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana ümumi dəyəri 127 818,4 min ABŞ dolları olan 9 563,3 mln. ədəd siqaret idxal edilib.

İnterpress.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə idxal məbləğ baxımından 6,1% azalıb, miqdar baxımından isə 2,6% artıb.

İnterpress.az