İsmayıllıda nişanlı qız itkin düşübbackend

İsmayıllıda nişanlı qız itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonu İsmayıllı kənd sakini 1996-cı il təvəllüdlü Babayeva Aynurə Alik qızı yanvar ayının 16-da evdən çıxıb bir daha geri qayıtmayıb.

İnterpress.az-ın məlumatına görə, qızın anası Babayeva Tamilə bildirib ki, Aynurə bir ilə yaxındır öz istədiyi oğlanla nişanlıdır.

Qızının sakit təbiətli olduğunu deyən ana gələcək həyat yoldaşı ilə münasibətinin yaxşı olduğunu bildirib.

O qeyd ki, qızında son günlər dəyişiklik hiss edirdi. Aynurənin telefonunu dəyişdiyini deyən ana, qızının yeni telefonla çox danışdığını bəzən isə özünə qapanıq olduğunu vurğulayıb.

Aynurə sonuncu dəfə evdən çıxarkən nişanlısına mesaj yazaraq halallıq istəyib.

Hadisə ilə bağlı ailə hüquq-mühafizə orqanlarına müraciət edib.(Oxu.Az )

İnterpress.az