Ağsuda dəhşətli cinayət – Ər arvadını namaz üstə bıçaqladıbackend

Ağsuda dəhşətli cinayət – Ər arvadını namaz üstə bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağsuda arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başlayıb, Ölkə.az məlumat yayıb.

İnterpress.az bildirir ki, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən proses yanvar ayının 29-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayının 18-də axşam saatlarında Ağsu rayonunun Qaraqaşlı kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Namiq Həsənov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızını bıçaqlayıb. Yaralı təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

N.Həsənov arvadının kürək, qol, bilək və sinə nahiyəsinə 7 bıçaq xəsarəti yetirib.

Ailə üzvlərinin bildirdiyinə görə, qadın namaz qılarkən kişi arxadan ona qəflətən hücum edərək bıçaqlamağa başlayıb. Hadisəni törədən şəxs qaçsa da, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxs ilkin ifadəsi zamanı həyat yoldaşının namaz qılmağını istəmədiyinə görə bıçaqladığını bildirib.

Faktla bağlı Ağsu rayon prokurorluğunda cinayət məcəlləsinin 29.120.2.4-cü və 228.4-cü maddəsi ilə cinayət işi başlanıb.

İnterpress.az