Yuxarı Qarabağ kanalından cəsəd tapılıbbackend

Yuxarı Qarabağ kanalından cəsəd tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bu il yanvarın 9-da Yuxarı Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili suya düşüb.

Nazirliyin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb ediliblər.

Onlar avtomobildə olan sərnişinin axtarışına başlayıblar.

Bu gün 1993-cü il təvəllüdlü Əli Rəfail oğlu Şirinovun cəsədi dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 6 km aralıda tapılaraq sudan çıxarılıb.

İnterpress.az