Paytaxtda ağır yol qəzası: 3 ölübackend

Paytaxtda ağır yol qəzası: 3 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yol qəzası Buzovna-Maştağa yolunda qeydə alınıb.

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Rəşad Yavər oğlu Nurullayevin idarə etdiyi 10-MC-085 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobillə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Zabit Sərdar oğlu Mayılovun idarə etdiyi “Renault” markalı avtomobil toqquşub.

Qəza nəticəsində R. Nurullayev və sərnişini, 1992-ci il təvəllüdlü Elçin Məhəmməd oğlu Əliyev və “Renault” markalı avtomobildə olan sərnişin Telman adlı şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüblər, Z. Mayılov isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaların pozduqda iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. ( apa )

İnterpress.az