Ağstafada dünən nişanı olan oğlan yol qəzasında ölübbackend

Ağstafada dünən nişanı olan oğlan yol qəzasında ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə ötən gecə rayonun Poylu kəndi ərazisində qeydə alınıb.

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakini, 26 yaşlı Elçin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib, maşında olan sərnişinlər Aşağı Kəsəmən kənd sakinləri – 19 yaşlı Qara Məmmədov, 25 yaşlı Emin Pənahov, onunla eyni yaşda olan Tərlan Hüseynli müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, dünyasını dəyişən E. Məmmədovun dünən nişan mərasimi olub.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır. ( apa )

İnterpress.az