24 yaşlı qadın itkin düşübbackend

24 yaşlı qadın itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayonun Hiloba kənd sakini, 1980-ci il təvəllüdlü Mahir Həmzəyev həyat yoldaşı, 1991-ci il təvəllüdlü Səlimova Gülbəsər Malik qızının 2015-ci il yanvarın 1-də itkin düşməsi barədə polisə məlumat verib. Rayon ərazisində aparılan ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində qadını tapmaq mümkün olmayıb.

Onun fərdi əlamətləri aşağıdakı kimidir: Boyu 160 sm, saçları qısa, rəngi açıq qara, gözlərinin rəngi qarışıq, orta bədən quruluşludur. Evdən çıxarkən əynində qara rəngli qısa gödəkçə, eyni rəngdə kofta və ayağında göy rəngli səndəl olub. Onun barədə hər hansı bir məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28-35, 385-43-19 və “102” nömrəli telefonlara zəng vurmaq xahiş olunur. ( apa )

İnterpress.az