Yadigar Sadıqovun cəzası azaldılıbbackend

Yadigar Sadıqovun cəzası azaldılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prosesdə qərar elan edilib. Qərara görə, şikayət qismən təmin edilib və Y. Sadıqovun cəzası 4 ildən 3 il 6 aya endirilib.

Qeyd edək ki, Yadigar Sadıqov 2013-cü il iyunun 27-də saxlanılıb. Müsavat başqanının müşaviri xuliqanlıqda ittiham olunur.

O, Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Ötən il iyulun 22-də Bakı Apellyasiya Məhkəməsi onun həbsini 4 ilə endirib. Bundan sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. ( apa )

İnterpress.az