Macarıstan “Cənub axını”na alternativ axtarırbackend

Macarıstan “Cənub axını”na alternativ axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpres.az xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər naziri Peter Siyarto bildirib. Nazirin sözlərinə görə, Rusiyaya Macarıstanın bu ölkədəki anbarlarından istifadə təklif olunub. Həmçinin alternativ layihələrin də nəzərdən keçirildiyini deyən nazir qaz ehtiyatını artırmağın vacibliyini qeyd edib.

P.Siyartonun sözlərinə görə, bu anbarlar “Cənub axını” qaz kəmərinin inşasının dayandırılmasından sonra Macarıstanın Rusiya qazına çıxışına imkan yarada bilər.
Hazırda Macarıstan Mərkəzi Avropaya yeni qaz kəmərinin inşası üçün Türkiyə, Yunanıstan, Makedoniya və Serbiya ilə danışıqlara başlamağı düşünür.

İnterpress.az