“Charlie Hebdo” bu dəfə “Boko Haram”dan yazdıbackend

“Charlie Hebdo” bu dəfə “Boko Haram”dan yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki,Türkiyədə çıxan \”Cumhuriyet” qəzeti də dünyanın 16 dilində 3 milyon nüsxəylə nəşr oluanan 16 səhifəlik jurnaldan 4 səhifə materiallar verib.
Qəzetdə yayınlanan hissələrdə hücumu qınamaq üçün küçələrə çıxanların rəsmlərinin üzərinə “azadlıq”, “demokratiya” sözləri yazılıb. Jurnalda Roma Papası Fransiskin karikaturaları da yer alıb. Başqa bir karikaturada Nigeriyadakı Boko Haramın öldürdüyü 2 min adamdan bəhs edilir. Jurnalın yazarı Antonio Fişetti “Ölmədilər bax” başlıqlı yazısında ölən həmkarlarından bəhs edib.

Parisdə mətbuat konfransı təşkil edən jurnalın baş redaktoru Gerard Biard jurnalın türkcə nəşrini önəmli saydığını deyib. “Türkiyədəki konstitusion dünyəvi quruluş təhlükə altındadır”.

“Charlie Hebdo”nun yenə Məhəmməd peyğəmbərin karikaturasıyla çıxacağının anonsu veriləndən sonra Fransadakı müsəlman təşkilatların liderləri soyuqqanlılığı qorumağa çağırıb.

İnterpress.az