Azyaşlı qızı qaçıran şəxslər saxlanılıbbackend

Azyaşlı qızı qaçıran şəxslər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün rayonun Yuxa Şilyan kəndində baş verib.

Yuxarı Şilyan kənd sakini Əfsus Ələsgər oğlu Allahverdiyev Bərdə rayon sakinləri Hüseyn və Rusif Yusif oğlu Dadaşovlarla birlikdə R.Dadaşova məxsus “Mercedes” markalı maşınla Ucar rayonunun Yuxarı Şilyan kənd sakini, 1998-ci il təvəllüdlü M.M-i zorla qaçırıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rusif və Hüseyn Dadaşovlar Zərdab rayon ərazisində saxlanılaraq şöbəyə gətirilib.

Hazırda Əfsus Allahverdiyevin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir. ( apa )

İnterpress.az