Metroda eskalator qırıldıbackend

Metroda eskalator qırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Bakı Metropoliteni\” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev lent.az-a açıqlamasında, bu gün saat 14.00 radələrində metronun \”Elmlər Akademiyası\” stansiyasında eskalatorun qırıldığını bildirib.

Onun sözlərinə görə, hadisəyə səbəb sərnişinlərdən birinin eskalatora əşya atması olub.

“Əşya eskalatorun darağını qırıb. Dərhal həmin eskalatorun fəaliyyəti dayandırılıb. Ehtiyat eskalatoru işə salınıb”- deyə Paşayev bildirib.

Qeyd edək ki, “Elmlər Akademiyası” stansiyasında eskalatorda nasazlıq bu gün səhər saatlarında, 08.48-də də olmuşdu və bu sərnişinlərin qorxu və həyəcan keçirməsinə səbəb olmuşdu.

İnterpress.az