“Qəbələ” Fominitransfer etdibackend

“Qəbələ” Fominitransfer etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimal təmsilçisi bu gün daha bir keçid həyata keçirib.

Bir müddətdi klubun düşərgəsində olan ukraynalı hücumçu Ruslan Fominlə münasibətlər artıq rəsmiləşdirilib. 28 yaşlı futbolçu yeni komandası ilə 6 aylıq müqaviləyə qol çəkib. Fomin “Qəbələ”nin heyətində artıq debüt edib. Belə ki, ukraynalı futbolçu yanvarın 14-də Türkiyə təmsilçisi “Eskişehirspor”la yoxlama görüşündə start heyətində yer alıb.

Son klubu “Çernomorets” olan Fomin Ukraynanın U-19 və U-21 yığmalarının formasını geyinib, həmçinin karyerası ərzində 6 il (2005-2011) Donetsk “Şaxtyor”unun formasını geyinib. Fomin karyerası ərzində 2 dəfə Ukrayna çempionu (2005-06, 2009-10), həmçinin UEFA Kubokunun (2008-09) qalibi olub.

Qeyd edək ki, Fomin “Qəbələ”nin bu qış “Çernomorets”dən transfer etdiyi 3-cü futbolçu olub. Ondan öncə qapıçı Dmitri Bezotosnı ilə 6 aylıq, yarımmüdafiəçi Aleksey Qayla isə 1,5 illik müqavilə imzalanmışdı.

İnterpress.az