“Neft heç vaxt 100 dollar olmayacaq”backend

“Neft heç vaxt 100 dollar olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Venesuelanın prezidenti Nikolas Maduro Milli Assambleyada (parlament) illik hesabat verərkən deyib: “Neftin qiyməti 100 dollar həddinə gəlməyəcək. 2015-ci il Vensuela üçün sınaq ilidir. Bizim yeni büdcəmizdə neft 60 dollardan hesablanıb. Amma o, indi 40 dollar civarındadır”.

Maduro ərzaq mallarının bölüşdürülməsi və çatdırılmasına ciddi nəzarət olunacağına söz verib: “Malların çatışmazlığı vətəndaşların narazılığını artırmaq və daxili müharibəni alovlandırmaq üçün bir vasitə sayılacaq. Bunda müxalif qüvvələrin rolu var”.

Neftin qiymətinin iki dəfədən də çox düşməsi büdcəsinin 95%-i bu məhsulun satışından formalaşan Venesuelada keçən il infilyasiya 63% olmuşdu.

İnterpress.az