BŞİH-dən mitinq yerləri ilə bağlı AÇIQLAMAbackend

BŞİH-dən mitinq yerləri ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib.

Zərurət yaranacağı təqdirdə, siyahıda dəyişikliyin ola biləcəyini istisna etməyən Z.Ramazanov 2015-ci ildə mitinq keçirilməsi üçün BŞİH-ə müraciət olunmadığını da bildirib.

Qeyd edək ki, BŞİH-in 2013-cü ilin 11 sentyabrında mitinq və görüşlərin keçirilməsi üçün Bakının 12 rayonunda ayırdığı yerlərin siyahısı belə idi: Binəqədi rayonu – Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış məntəqəsindəki boş sahə; Xətai rayonu – Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüz ərazidəki meydança; Xəzər rayonu – Türkan qəsəbə parkının yanındakı meydan; Qaradağ rayonu – Sahil qəsəbəsi tonponaj idarəsinin qarşısındakı boş meydança; Nərimanov rayonu – “Ulduz” metrostansiyasının qarşısındakı meydan; Nizami rayonu – 8 km yaşayış sahəsi ərazisindəki idman meydançası; Nəsimi rayonu – 1-ci mikrorayon ərazisində yerləşən parkdakı meydança; Sabunçu rayonu – Bakıxanov qəsəbəsində yerləşən “Azneftgeofizika” Trestinin qarşısındakı idman meydançası; Səbail rayonu – 20-ci yaşayış sahəsi, sürücülük məktəbinin həyətindəki meydança; Suraxanı rayonu – Hövsan qəsəbəsi Mədəniyyət evinin qarşısındakı meydança; Yasamal rayonu – Yasamal Rayon Idman-Sağlamlıq Mərkəzinin ərazisi, Pirallahı rayonu – Pirallahı qəsəbəsi ərazisindəki boş meydança.

İnterpress.az