“Müsavat” seçkiyə 125 namizədlə gedəcəkbackend

“Müsavat” seçkiyə 125 namizədlə gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpres.az-a Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı bildirib. Yaxın həftələrdə dairələr üzrə namizədlərin müəyyənləşdiriləcəyini və plana uyğun fəaliyyətin başlayacağını deyən R.Əmiraslanlı namizədlərin sayına da toxunub: “Seçkiyə neçə namizədlə gedəcəyimiz barədə qəti fikir söyləmək hələ tezdir. Amma çalışacağıq ki, ilkin mərhələdə 125 dairənin hamısında namizədimiz olsun. Ola bilsin ki, bəzi dairələrdən Müsavata yaxın, müstəqil, şanslı namizədi dəstəkləyək”.

Müsavat Partiyasının parlament seçkisində iştirak edəcək namizədləri arasında qadınların da olacağını deyən R.Əmiraslanlı partiyanın bu sahədə potensialının olduğunu vurğulayıb.

Elnarə
İnterpress.az