İlham Əliyev görüşlər keçiribbackend

İlham Əliyev görüşlər keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Davosda Azərbaycan prezidentinin Gürcüstan baş naziri ilə görüşü olub.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan prezidenti İlham Əliyevi Tiflisə səfərə dəvət edib.

Bu barədə Gürcüstan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, İ. Qaribaşvili Azərbaycan prezidenti ilə Davos İqtisadi Forumu çərçivəsində görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasındakı əlaqələrin inkişafını və strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“İrakli Qaribaşvili ilə İlham Əliyev siyasi, iqtisadi, habelə mədəniyyət və energetika sahələrində ikitərəfli əməkdaşlığı dərinləşdirmək niyyətini ifadə ediblər”, – deyə məlumatda vurğulanıb.

Azərbaycan prezidenti Monako şahzadəsi ilə görüşüb.

Davosda Azərbaycan prezidenti İlham Əliyevin Monako şahzadəsi II Albert ilə görüşü olub. Görüşdə Azərbaycanla Monako arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub, mədəniyyət sahəsində əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib.

Söhbət zamanı I Avropa Oyunlarına hazırlıq məsələlərinə və beynəlxalq səviyyədə sərgilərin təşkili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.