Ruslar şərabsız qaldıbackend

Ruslar şərabsız qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Şumxan uayns” firmasının 100 min butulka şərabı yüklənmiş 10 yük maşını sərhəddə qalıb. Buna səbəb rublun qiymətinin düşməsi səbəbindən xarici valyutanın Rusiyaya girişinin məhdudlaşdırılmasıdır. İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan şirkətinin direktoru Nuça Abramişvili məlumat verib.

“Bizə artıq Rusiyadan aksiz markalar göndərilmişdi və butulkaların üzərinə yapışdırılmışdı. Ancaq biz aksiz markaları yapışdırılan malları da saxlamağa məcbur olduq”.
Onun sözlərinə görə, göndərmə fevralda bərpa olunmalıdır. Ancaq Rusiyadakı vəziyyətə görə problemin həllinə zəmanət verilmir.

“Askenali” firmasının təsisçisi Scimi Çxaidze bildirib ki, rublun kursunun stabil olmaması səbəbindən Rusiyaya şərab ixracı dayandırılıb. Firmanın 2015-ci ilə sifarişi demək olar ki, yoxdur.

Eyni sözləri “Tbilvino” şirkətinin rəhbəri Georgiy Marqvelaşvili də deyib. Firma dekabrda Rusiyaya böyük partiya mal göndərib. Ancaq yanvar ayına heç bir sifariş almayıb.

İnterpress.az