Ziyalılardan sərt reaksiya: Atatürk Azərbaycana xəyanət etməyibbackend

Ziyalılardan sərt reaksiya: Atatürk Azərbaycana xəyanət etməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a tarixçi millət vəkili Fəzail İbrahimli bildirib.

Fəzail İbrahimlinin sözlərinə görə, həmin dövrdə Atatürk Azərbaycanın işğalı ilə bağlı təklif səsləndirmək imkanında olmayıb: “Proseslərin tarixi gedişi ilə maraqlansınlar. O zaman vəziyyəti təhlil edə və nəticə çıxara bilərlər. Atatürk Türkiyənin ictimai-siyasi həyatında rol oynayanda Azərbaycan artıq işğal olunmuşdu. Buna görə də Atatürkü Azərbaycana xəyanətdə ittiham etmək mümkün deyil. 1920-ci il martın 16-da ANTANTA tərəfindən İstanbul işğal olundu və müvəqqəti hökumət yaradıldı. Atatürk düşmən elan edildi və görüldüyü yerdə güllələnməsi tapşırıldı. Martın 20-də isə artıq Lenin Bakının işğalı ilə bağlı göstəriş verdi. Çünki artıq İstanbulun işğal olunduğu məlum idi. Atatürkün Azərbaycana xəyanət etdiyini iddia edənlər Türkiyə və Azərbaycanı sevməyənlərdir”.

Sözügedən məktubun məzmunundan da danışan Fəzail İbrahimli bunu dünyada təcrid edilən iki liderin bir-birinə yaxınlaşmaq cəhdi kimi qiymətləndirib: “Atatürk həmin dövrdə öz ölkəsini işğaldan azad etmək haqqında düşünürdü. Ölkəsinin işğalının qarşısını ala bilməmişdi. Lenini də həmin dövrdə heç kəs qəbul etmirdi. Osmanlı dağılmışdı və Atatürk düşmən elan edilmişdi. Belə bir zamanda onların bir-birinə hansısa formada rəğbət bəsləməsi təbii idi. Ancaq bu heç bir halda Atatürk tərəfdən Azərbaycana xəyanət deyildi. Atatürk üçün Azərbaycanın sevinci sevinc, kədəri kədər idi. Atatürk nəinki Türkiyəyə, hətta bütün türk dünyasına böyük xidmət gösərmiş bir şəxsiyyətdir. Onun haqqında fikir bildirəndə tarixi faktlardan xəbərdar olmaq lazımdır”.

Professor Cəmil Həsənli İnterpress.az-a açıqlamasında zaman-zaman bu məsələnin gündəmə gətirilməsinin bir neçə səbəbini sadalayıb. Professorun sözlərinə görə, bunu Atatürkün Azərbaycana xəyanəti kimi qiymətləndirmək ilk növbədə tarixi bilməməzlikdən, daha sonra isə sensassiya, yaxud bəzi təmayüllərin bəhanə axtarışından qaynaqlanır: “1920-ci il aprelin 23-ə qədər söhbət ancaq Bakı və Abseronun işğalından gedirdi. Aprelin 23-də baş qərargah butun Azərbaycanın tutulması ilə bağlı planı təsdiqlədi. Sözügedən məktubu isə Atatürkün imzalamasına baxmayaraq şəxsən özü yox, Türkiyə Millət Məclisi aprelin 26-da yazıb. Deməli, məktub yazılanda Azərbaycanın tutulması ilə bağlı plan artıq 3 gün idi ki, təsdiqlənmişdi. Həmin məktub iyunun 3-də, yəni 36 gün sonra Moskvaya catıb. Məktuba iyunun 4-də cavab yazılıb və yazılan cavab 2 ay sonra ünvanına çatıb. Yəni bu məktubun Azərbaycanın işğalında heç bir rolu olmayıb”.

Cəmil Həsənlinin sözlərinə görə, proseslərdən xəbərdar olmayanlar bunu sensassiya kimi qələmə verməyə çalışırlar: “Mən bu barədə “Sovet dövründə Azərbaycanın xarici siyasəti” kitabında ətraflı yazmışam. Azərbaycanın işğalı məsələsi meydana gələndə Rusiyanın Xarici İşlər Komissarlığı Lenin üçün xidməti məlumat hazırlayıb. Orda göstərilir ki, Azərbaycani elə tutmaq lazımdır ki, dünya Rusiyaya imperialist deməsin. Çünki həmin dövrdə xarici mətbuatda iki britaniyalı jurnalist Azərbaycan haqqında odlu-alovlu məqalələr yazırdı. Buna görə də, Azərbaycanda Kommunist Partiyası yaratmaq və işğalı bu vasitə ilə gerçəkləşdirmək planı icra olundu”.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstmxanlı da Cəmil Həsənlinini mövqeyini bölüşüb: “Sözügedən məktubla bağlı ən gözəl cavabı o dönəmin tədqiqatçısı, tarixçi Cəmil Həsənli verib. Cəmil müəllimin də dediyi kimi həmin məktub Moskvaya iyun ayında çatıb. Yəni Azərbaycan işğal olunandan 36 gün sonra və türkiyəli arasdırmaçı-tarixçilər məktubdakı fikirləri bilərəkdən təhrif edir. Orada Azərbaycanın müstəqilliyinin itrilməsindən söz getmir, rejim dəyişikliyindən söz gedir. Atatürk yeddi dövlətə qarşı mücadilə edirdi və Türkiyəni xilas etmək üçün Leninlə anlaşmaya getmişti. Həmin tarixçi bəlkə bilmir, ya da bilərəkdən gerçəkləri görmək istəmir, amma Azərbaycan türkü vəfalıdır, nankor deyil. Naxçıvanın Azərbaycanın tərkibində qalmasında Atatürkə minnətdarıq. Naxçıvan hər hansı təhlükə qarşısında olarsa, Türkiyənin müdaxilə edə bilmə haqqının da olmasını Atatürkə borcluyuq. Əslində onların dərdi Azərbaycana olan sevgilərindən deyil, onlar Atatürkün Azərbaycanda çox sevildiyini bilirlər və bu, onları rahatsız edir. Onlar Atatürkdən bugünkü Türkiyə Cümhuriyyətinin qisasını alırlar. Çünki, Atatürk türk kimliyini dövlətə qazandırdı. Osmanlıda dövlətin vacib mövqeləri qeyri-türklerin əlində idi. Türkiyənin bugünkü baş nazirinin sözçüsü Mahçupyan kimi. Savaşda hamısı Türkiyəyə xəyanət etdi. Atatürk türk milli kimliyini dövlətə daşıdı. Onların dərdi budur. Atatürkdən \”Ne Mutlu Türküm Diyene\” fikrinin qisası alınır. Atatürk yeddi cəbhəyə qarşı savaşaraq cümhuriyyət qurdu. Onun qurduğu dövlətin güney doğusu PKK-ya təslim edilib, bundan danışan yoxdur. Türklükdür bunların dərdi, türkü yox etməkdir”.

Elnarə
İnterpress.az