“İŞİD döyüşçüləri bizimlə türkcə danışırdı” – VİDEObackend

“İŞİD döyüşçüləri bizimlə türkcə danışırdı” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Döyüşlərdə Şimali İraqdan gəlmiş kürd döyüşçülərlə yanaşı, Türkiyədən gələnlər də savaşıb. Özünü “Birləşmiş Azadlıq Gücləri” adlandıran solçu qrup keçən il oktyabrın əvvəllərindən etibarən Kobaniyə yardıma gedib. İnterpress.az xəbər verir ki, qrup üzvləri İŞİD döyüşçülərinin onlarla türkcə danışdığını bildirib: “Kobanidə sadəcə kürdlər üçün deyil, insanlıq üçün savaşırdıq. Cəbhədə hava rabitəsiylə türkcə danışırdıq. İŞİD də bunu bilib bizimlə türkcə əlaqə yaradırdı”.

Qrup üzvləri Türkiyənin müxtəlif bölgələrindən olduqları deyilir. Onlar kürdcə bilmir, əlaqəni tükcə yaradırlar. Bunu bilən İŞİD onlarla türkcə danışaraq fikirlərindən daşındırmaq istəyiblər.

İnterpress.azhttps://youtube.com/watch?v=2JoEOkv7umQ