100 min manatlıq sevgililər günü hədiyyəsibackend

100 min manatlıq sevgililər günü hədiyyəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda otellərdən biri sevgililər gününə özəl təklif hazırlayıb. Təklifin unikallığı bura daxil olan xidmətlərdə və qiymətindədir.

Beləliklə, təklifə əsasən, sevgililər fevralın 14-də otelin hesabına dünyanın istənilən nöqtəsində öz evlərindən limuzinlə aeroporta çatdırılacaq və birinci sinif təyyarə ilə uçacaqlar. Burada da onlar otel tərəfindən təqdim olunmuş limuzinlə hərəkət edəcəklər. Sevgililərin ixtiyarına otelin ən gözəl otağı olan prezident lüksu təqdim ediləcək.
Qeyd edək ki, bu otaq Azərbaycanda ən bahalı otel otağı sayılır və onun sutkalıq qiyməti təqribən 11 min manatdır. Aksiya çərçivəsində sevgililər üçün Qız Qalasında şampan şərabı və kürü süfrəsi açılacaq. Sevgililər otelin təqdim etdiyi unikal 24 carat gold masaj və ultra nəmləndirici südlü vannadan həzz ala biləcəklər.
Qeyri-adi romantik ab-hava prezident lüksunun qonaqlarını təəccübləndirəcək. «Otağınız \”Avropa otelləri arasında Ən yaxşı çiçək dizaynı\” nominasıyasında qalıb gələn floristimiz tərəfindən valehedici çiçək kompozisiyaları və şamlarla bəzədiləcək»-deyə təklifdə bildirilir.
Aksiya çərçivəsində sevgililərə bahalı «Cartier» saatları hədiyyə ediləcək: «Bu sehrli Sevgililər gününü daim xatırlamaq üçün sizə hədiyyə olunan Sartier saatlarının üzərində adlarınız və burada keçirdiyiniz vaxt həkk olunacaq».

Qeyd edək ki, saatların qiyməti 5-6 min manatdan 10-20 min manat arasında dəyişir. Qonaqlara bir neçə model təklif ediləcək və onlar istədikləri modeli özləri seçəcəklər.

Təklifin qiyməti 100 000 manatdır. ( seyyah.az )

İnterpress.az