Bərdə və Şabranda yanğın olubbackend

Bərdə və Şabranda yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bərdə rayonu, Qaradəmirçi kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12,5 ton ot bağlamasının 3,5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Şabran rayonu, Dəvəçikənd kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan dəmir konstruksiyalardan ibarət vaqonun içərisinə yığılmış təsərrüfat malları və taxta taralar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az