Bankda baş vermiş yanğınla bağlı məlumat…backend

Bankda baş vermiş yanğınla bağlı məlumat…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bankdan daxil olan məlumatda bildirilir ki, “PAŞA Bank”ın Yusif Məmmədəliyev, 15 ünvanında yerləşən binasının texniki zonasında yanğın baş verib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını uğurla lokallaşdırıb.

“PAŞA Bank”ın Təhlükəsizlik Xidmətinin Direktoru Fuad Paşayev qeyd edib ki, hazırda yanğına səbəb olan bütün detallar araşdırılır.

“Yanğın bankın binasının texniki zonasına və qismən server otağının bir hissəsinə təsir edib. Yanğın bankın əməliyyatlarının normal rejimdə həyata keçirilməsinə hər hansı təsir göstərməyib”, – deyə F. Paşayev bildirib.

İnterpress.az