“Obama Əliyev və Sarkisyanla birbaşa görüşlər keçirməlidir”backend

“Obama Əliyev və Sarkisyanla birbaşa görüşlər keçirməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “Vestnik Kavkaza” nəşrinə müsahibəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Hələlik Vaşinqtonun bu məsələdə tələsmədiyini qeyd edən diplomat bildirib ki, bir neçə aydan sonra strateji düşünən insanlar Azərbaycana diqqət yetirəcək və vəziyyət yaxşılaşacaq.

M. Brayza Azərbaycandakı durumu şərh edən bəzi amerikalı siyasətçilərin ölkəmizdə baş verənləri dərk etməməsindən təəssüfləndiyini bildirib: “Bu siyasətçilər sözü havaya sovururlar. Onlar Azərbaycanı, ölkədəki durumu anlamırlar. Onlar bu fikirdədirlər ki, Azərbaycan yalnız korrupsiya, insanlar haqları və demokratiya sahəsində böyük problemləri olan ölkədir. Lakin əgər ABŞ-dakı həmkarlarım burada olsaydılar, əsl problemləri görərdilər və dərk edərdilər ki, hər şey elə də asan deyil. Üstəlik, əgər Obama Səudiyyə Ərəbistanına kömək etməklə, strateji maraqların müdafiəsindən danışırsa, Azərbaycanla münasibətdə bunu etmək olmazmı?”

ABŞ-ın Cənubi Qafqaza az diqqət yetirdiyini deyən diplomat bildirib ki, ABŞ-ın strategiyası olmalıdır, bu strategiyanın ilk addımı isə Vaşinqtonun regionda maraqlarının müəyyənləşdirilməsidir. “Vaşinqton regiona demək olar ki, heç diqqət göstərmir. Regionda üç ölkə var. İqtisadiyyat, əhali və strateji quruculuq baxımından ən aktiv şübhəsiz ki, Azərbaycandır. Lakin hər bir ölkənin öz xüsusiyyəti var. Şübhəsiz ki, Rusiya bölgədə böyük rol oynayır. Ancaq Azərbaycan müstəqil dövlətdir, özü də tarixində ilk dəfə öz taleyini müstəqil şəkildə müəyyənləşdirə bilir”, – deyə vurğulayıb.

ABŞ-ın Qarabağ nizamlanması ilə bağlı yanaşmasına gəldikdə, M. Brayza Vaşinqtonun bu problemlə yetərincə maraqlanmadığını bildirib və qeyd edib ki, ABŞ rəhbərliyi danışıqlarda dönüş anına nail olmaq üçün Azərbaycan və Ermənistan prezidentlərinə siyasi dəstəyə dair təminat verməlidir: “ABŞ prezidenti də vaxtilə Medvedevin etdiyi kimi, vaxtaşırı Əliyev və Sarkisyanla birbaşa görüş keçirməlidir. Obama bu münaqişənin ABŞ üçün əhəmiyyətli olduğunu nümayiş etdirməlidir”.

M. Brayza həmçinin qeyd edib ki, Qarabağ münaqişəsinə və onun nizamlanmasına marağı digər vasitələrlə də təmin etmək mümkündür: “Azərbaycan diasporu bu məsələdə türk diasporu kimi daha fəal rol oynaya və ABŞ-da rəy formalaşdıra bilərdi. Bu, yaxşı olardı, lakin yenə də yetərli olmazdı. Lakin əgər Bakı, ya İrəvan, yaxud da hər ikisi eyni vaxtda hansısa addımlar atsaydı və prezidentlər birbaşa danışıqlar aparmağa hazır olduqlarını bəyan etsəydilər, bu, ABŞ-dakı məmurların diqqətini cəlb edəcək pozitiv səs-küy yaradardı” (APA).

İnterpress.az