Müsavatda daha bir komitə yarandıbackend

Müsavatda daha bir komitə yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komitə partiyanın sonuncu qurultayından sonra bəzi fəal üzvlərin Müsavatdan kənarlaşdırılmasının qarşısını almaq məqsədilə yaradılıb. Bununla əlaqədar müsavat üzvlərinə və partiya rəhbərliyinə müraciət ünvanlanıb.

Q. İbadoğlu fevralın 2-də fəaliyyəti ilə əlaqədar Divana dəvət olunsa da, Bakıda olmayacağını səbəb göstərərək, Divana qatılmayacağını bildirib. Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə Divanda iştirak edəcək.

Q. İbadoğlu Müsavat rəhbərliyinə partiyada yaranmış vəziyyətin birgə müzakirəsini təklif etsə də, başqan Arif Hacılı və sabiq başqan İsa Qəmbər də daxil olmaqla, partiya rəhbərliyindən heç kim toplantıya qatılmayıb. Eyni zamanda Müsavat rəhbərliyi Q. İbadoğlu və tərəfdarlarının müzakirələri toplantı zalında keçirməsinə şərait yaratmayıb, toplantı partiyanın bufetində keçirilib.

E. Məmmədli APA-ya açıqlamasında Müsavat rəhbərliyinin toplantı zalını müzakirə üçün məqsədəuyğun hesab etmədiyini, buna görə də onlara şərait yaradılmadığını vurğulayıb.

Müsavat başqanının müavini Elman Fəttah isə APA-ya açıqlamasında E. Məmmədlinin fikirlərinin əsassız olduğunu deyib: “Onlar tədbirlərinin fiaskoya uğradığını görərək, bu addımı atıblar. Bu, Müsavata qarşı olan bir tədbir idi. Onlar müsavatçıların və Müsavat rəhbərliyinin həmin tədbirə qatılmadığını və yalnız partiyadan çıxarılmış şəxslərin gəldiyini görərək, tədbirlərini bufetdə keçiriblər. Toplantı zalı boş olub və onlara heç bir maneə yaradılmayıb. Qubad İbadoğlu və tərəfdarlarının məsələsi Müsavat üçün bitib” (apa).

İnterpress.az