Ermənistan ordusu Ağdam istiqamətində diversiya həyata keçirib – SON DƏQİQƏbackend

Ermənistan ordusu Ağdam istiqamətində diversiya həyata keçirib – SON DƏQİQƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumatda iddia edildiyinə görə, bu əməliyyat nəticəsində təmas xəttinin şərq istiqamətində (Ağdam) Azərbaycan ordusunun iki mövqeyi, habelə bir minik avtomobili sıradan çıxarılıb.

Təmas xəttinin bu istiqamətinin başqa hissəsində isə Azərbaycan ordusunun iki əsgərinin vurulduğu iddia edilir.

Virtualaz.org saytı bu məlumatla bağlı Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlıya müraciət edib.

V.Dərgahlı “məsələdən məlumatlı olduqlarını, əgər Müdafiə Nazirliyinin rəsmi bəyanatı olacaqsa, nazirliyin saytında yerləşdiriləcəyini” deyib.

Azərbaycan ordusunun bu gün ərzində itki verib-vermədiyi haqda suala isə V.Dərgahlı şərh verməyib, nazirliyin rəsmi bəyanatını izləməyi məsləhət görüb.

Xatırladaq ki, bundan əvvəl Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanı “preventiv zərbələrlə” hədələmişdi və erməni ordusunun təmas xəttində hücum əməliyyatları keçirə biləcəyini demişdi (virtualaz.org).

İnterpress.az