Tənzilə Rüstəmxanlının Türkiyə görüşləri – FOTObackend

Tənzilə Rüstəmxanlının Türkiyə görüşləri – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azəri-Türk Qadınlar Birliyinin informasiya xidmətindən daxil olan xəbərə görə dünən martın 1- də Samsun Bafrada Ülkü Ocaqlarının təşəbbüsü ilə gerçəkləşən Xocalı konfransı böyük bir həyacan altında izlənilib. 20 yüzil Azərbaycan həqiqətlərindən və soyqırımlar silsiləsindən danışan söz sahibi Tənzilə Rüstəmxanlının Türkiyə ictimaiyyətinə ilk dəfə təqdim olunan yeni bilgilərlə zəngin çıxışı konfrans iştirakçıları tərəfindən marağla dinlənilib.

Ülkü Ocaqları başqanı Hakan Eroğlu, Samsun Ülkü Ocaqları bölgə başqanı Hüseyin Kürşat Geze, Türk Eğitim Sen-nin Samsun şöbə başqanı Levent Kuruoğlunun qatqısı və dəstəyi ilə baş tutan möhtəşəm tədbir Azərbaycan və Türkiyə türklərinin qardaş və birgəliyinin bariz nümunəsinin timsalı olub.

Azəri-Türk Qadınlar Birliyinin informasiya xidmətinə istinadən 22 fevral Marmara universiteti, 24 fevral Bursa İnegöl universitetində verdiyi konfranslardan sonra görüşlərinə davam edən Azəri-Türk Qadınlar Birliyinin sədri 25 fevralda Yalova universitetində və DAK həmsədri millət vəkili Sabir Rüstəmxanlının da iştirakıyla Muğla universitetində, 26 fevralda İstanbuldakı Aydın və Halic universitetilərində, 27 fevralda Amasya Türk-Eğitim Sen-də, həmçinin İSTAD başqanı Səfər Qaraqoyunlu ilə Xocalı Panelində , 28 fevralda isə Tokat Ülkü ocaqlarında yüzlərlə tələbə və müəllim heyətinin ,diğər qonaqların iştirakı ilə düzənlənən konfranslarda söz sahibliyi etmiş, geniş və əhatəli məruzələri ilə Azərbaycan həqiqətlərini məclis iştirakçılarının diqqətinə çatdırmişdir. Tənzilə Rüstəmxanlı bu məqsədlə ənənəvi- praktik təbliğat vasitəsi olaraq “İrəvandan Xocalıya; XX yüzil Azərbaycan həqiqətləri” adlı müəllifi olduğu yeni kitabını adı çəkilən bütün universitetlərin müəllim və tələbə heyətinin və iştirak edən digər qonaqların , Türk Ülkü Ocaqları təmsilçilərinin istifadəsinə və diqqətinə təqdim edib.

Bundan əlavə Azəri-Türk Qadınlar Birliyinin sədri fevralın 26 da İstanbul Ülkü Ocaqları və İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi ( İSTAD) başqanı Səfər Qaraqoyunlu ilə birgə təşkil edilən Kadıköy Bağdad caddəsində Xocalı yürüşünə qatılıb.

Mart ayının 3-də isə Maltepe universitetində layihə üzrə Azəri-Türk Qadınlar Birliyinin növbəti yekun konfransının keçirilməsi planlaşdırılıb.

Tənzilə Rüstəmxanlının Türkiyə görüşləri - FOTO

Tənzilə Rüstəmxanlının Türkiyə görüşləri - FOTO

Tənzilə Rüstəmxanlının Türkiyə görüşləri - FOTO

Tənzilə Rüstəmxanlının Türkiyə görüşləri - FOTO

Tənzilə Rüstəmxanlının Türkiyə görüşləri - FOTO

İnterpess.az