Xocalı soyqırımını müzakirə edəcəkbackend

Xocalı soyqırımını müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumdan diaspor təşkilatına ünvanlanmış rəsmi məktubda Avropa Komissiyasında BAK-ın 13.02.2015-ci il tarixli müraciətinə baxılacağı bildirilir.

Sənəddə qeyd olunur ki, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Moqeriniyə BAK-ın Avropa institutlarına ünvanlanmış müraciətinə baxılmasını tövsiyə edib.

Benilüks Azərbaycanlılar Konqresi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Avropa institutlarının rəhbərlərinə və Avropa Parlamentinin 751 millət vəkilinə ünvanlanmış Bəyannamə qəbul edib. Bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilmiş kütləvi qırğınla bağlı faktlar Avropa parlamentarilərinin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. BAK dünya ictimaiyyətinə müraciət edərək insanlığa qarşı törədilmiş Xocalı soyqırımını tanımağı və günahkarların cəzalandırılmasını tələb edib.

Müraciətdə həmçinin, Avropanın beynəlxalq təşkilatları və parlamentariləri öz nüfuzundan istifadə edərək bir milyon azərbaycanlı məcburi köçkün və qaçqının öz torpağına təhlükəsiz qayıtmasını təmin etməyə çağırılıb. Bəyannamə Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurasının prezidentlərinə, Birləşmiş Millətlər Təşkilatına, Niderland, Belçika, Lüksemburq parlamentlərinə və bir sıra beynəlxalq təşkilatlara göndərilib.

İnterpress.az