“Bursaspor” Ronaldinyo ilə maraqlanırbackend

“Bursaspor” Ronaldinyo ilə maraqlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Klub prezidenti Rəcəb Bölükbaşı inşası davam edən \”Timsah Arena\” stadionunun açılışına qədər Ronaldinyonu Türkiyəyə gətirməyə çalışacaqlarını söyləyib. O bildirib ki, artıq futbolçunun meneceri ilə təmasa keçilib.

\”Gələcək mövsüm yeni bir stadionda oynayacağıq. Ulduz bir futbolçu almaq niyyətindəyik. Ronaldinyo da dünya səviyyəsində bir oyunçudur. Meneceri ilə görüşürük. Hər hansı bir rəqəm danışmadıq, ancaq transferi bitirmək üçün təşəbbüslərimiz olacaq\”, – deyə klub prezidenti bildirib.

Hazırda Meksikanın \”Queretaro\” klubunun formasını geyən 35 yaşındakı braziliyalı ulduz bu transferlə bağlı heç bir açıqlama verməyib. Klubu ilə 2 illik müqavilə imzalayan ulduz oyunçu bu mövsüm çıxdığı 17 rəsmi qarşılaşmada 3 qol və 3 məhsuldar pasla yadda qalıb.

İnterpress.az