TAP konsorsiumu növbəti tenderi elan edibbackend

TAP konsorsiumu növbəti tenderi elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə TAP konsorsiumundan “APA-Economics”ə daxil olan məlumatda bildirilib.

Məlumata əsasən, tender iki lot üzrə elan olunub. Onlardan biri boru kəmərinin qəbul terminalının tikintisi, satışı və layihələndirilməsi ilə bağlıdır. Digər lot üzrə təxminən 8 km uzunluğunda, 36 düyüm diametrində yüksək təzyiqli boru kəmərinin tikintisi, satışı və layihələndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, boru kəmərinin qəbul terminalı qazı kəmərin quruda yerləşən hissəsindən alacaq və TAP-ın əsas hissəsini idarə edəcək. Boru kəmərinin qəbul terminalı ətraf ərazilərə inteqrasiya olunacaq və ərazidə vizual təsiri məhdudlaşdıracaq. Bu avadanlıq “Snam Rete” qaz şəbəkəsinə qoşulacaq.

Tenderlə bağlı ərizələrin qəbulu üçün son müraciət tarixi aprelin 7-də başa çatır. Seçmə mərhələsinin davamı olaraq, TAP İtaliyada sahil məntəqəsinin tikintisinə dəvət üçün aprelin 22-nə qədər tenderə müvafiq dəvətnamələrin çıxarılmasını planlaşdırır.

TAP-ın satış üzrə direktoru Knut Steinar Kvinskland bildirib ki, bu tenderlə TAP Kipoi və Yunanıstandan keçərək cənubi İtaliyaya qədər uzanan kəmərin tikintisi, satışı və layihələndirməsi ilə bağlı xidmətlərin təhlükəsizlik bazarına daxil olub: ”Bizim seçim prosesimiz şəffafdır və Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit standartlarına, o cümlədən TAP-ın “sıfır zərər siyasəti” ilə bağlı tədqiq olunmuş öhdəliklərinə cavab verir”.

İnterpress.az