“WhatsApp”dan veb versiya – FOTObackend

“WhatsApp”dan veb versiya – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunun üçün \”iPhone\” istifadəçiləri bir sıra qaydaları yerinə yetirməlidir. Belə ki, telefonuna bu veb versiyanı yükləmək istəyən \”iPhone\” istifadəçiləri cihazın sistemini sındıran proqramı mobil telefona yükləməlidir. \”Jailbreak\” adlanan bu sistem vasitəsi ilə \”Apple\” şirkətinin platformaya qoyduğu qadağa aradan qaldırılır.

Hələlik yalnız iOS 8.1.2 versiyasını dəstəkləyən \”Jailbreak\”i internetdən yükləmək lazımdır. Daha sonra həmin proqramı mobil cihaza quraşdırmalısınız. Ancaq bu proqram telefonunuzun sistemini zədələyə bilər. Belə bir ehtimalı nəzərə alan şəxslər aşağıdakı əməliyyatları yerinə yetirməlidir:

1. WhatsApp-ın ən son versiyasını App Store-dan yükləyin.

2. \”Jailbreak\”li \”iPhone\” cihazınızdan \”Cydia\” proqramını açın. Həmin proqramın axtarış hissəsinə \”WhatsApp Web Enabler\” yazın və qarşınıza çıxan proqramı yükləyin.

3. \”WhatsApp Web Enabler\” proqramını telefonda qurduqdan sonra əsas menyuda olan Parametrlər hissəsinə daxil olun və onu aktivləşdirin.

4. WhatsApp proqramını açın. WhatsApp tətbiqinin parametrlər hissəsindəki \”WhatsApp Web\”-ə basın və gözləyin.

5. Kompyuterdə \”Chrome\”, \”FireFox\”, və ya \”Opera\” brauzeri açın və web.whatsapp.com ünvanına daxil olun.

6. WhatsApp-ın veb versiyasında olan QR kodunu \”iPhone\”la əlaqələndirin.

Bu əməliyyatlar yerinə yetirildikdən sonra siz \”iPhone\”da WhatsApp-ın veb versiyasından istifadə edə biləcəksiniz.

"WhatsApp"dan veb versiya - FOTO

İnterpress.az