“İspaniya və İtaliya ilə mübarizə apara bilərik”backend

“İspaniya və İtaliya ilə mübarizə apara bilərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı mütəxəssis Azərbaycan yığmasının gələcəkdə uğur qazanacağına əmin olduğunu bildirib: \”Bizim İspaniya və İtaliyanı məğlub edəcəyimizi söyləyə bilmərəm. Ancaq onlarla mübarizə apara bilərik. Bu yığmanın gələcəkdə uğur qazanacağına əminəm. Yığma komandanın baş məşqçisiyəm. Üç aydan bir komandamı oyuna çıxarıram. Buna görə də çempionat oyunlarını və gənc futbolçuları izləməyə vaxtım olur. Azərbaycan futbolunda potensialı görməsəydim, belə əmin danışmazdım\”.

Qeyd edək ki, millimiz \”Avro-2016\”nın seçmə mərhələsində sabah evdə Maltanı qəbul edəcək.

İnterpress.az