İtaliya “Bakı-2015″ə 300 idmançı göndərirbackend

İtaliya “Bakı-2015″ə 300 idmançı göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İtaliya Milli Olimpiya Komitəsinin (İMOK) mətbuat idarəsinin rəhbəri Danilo di Tommaso ə məlumat verib.

D.Tommaso İtaliyanı ilk Avropa Oyunlarında təmsil edəcək idmançıların yarışlara böyük həyəcanla hazırlaşdıqlarını bildirib: “Təmsilçilərimiz atletika, aerobika gimnastikası və sambodan başqa bütün idman növləri üzrə mübarizə aparacaqlar”.

İMOK-un mətbuat idarəsinin rəhbəri onu da əlavə edib ki, “Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində “Casa İtalia” adlı sərgi təşkil olunacaq. İtaliyanın əsasən Olimpiya oyunlarında təşkil etdiyi və “Milli qonaqpərvərlik evi” adlanan bu sərgi yarışlar boyu davam edəcək. Sərgidə İtaliyanın idman aləmi, mədəni dəyərləri, mətbəxi və bu ölkəyə xas olan digər maraqlı məqamlar nümayiş olunacaq.

D.Tommaso belə bir sərginin təşkilinin İtaliyanın “Bakı-2015” yarışlarına Olimpiya Oyunları səviyyəsində yanaşmasından irəli gəldiyini xüsusi qeyd edib.

İnterpress.az