Azərbaycan – Malta – 2:0backend

Azərbaycan – Malta – 2:0

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millimiz Tofiq Bəhramov adına Respublika stadionunda Malta ilə qarşılaşıb.

Qrupda 4 oyun keçirən yığmamızın aktivində hələ ki, xal yox idi. Əvvəlki 4 görüşdə meydanı məğlub tərk edən komandamız ilk qələbəsinə sevinib.

Belə ki, 4-cü dəqiqədə Cavid Hüseynov hesabı açıb. “Qəbələ”nin futbolçusunun vurduğu qol komandamızı fasiləyə üstün yola salıb. 70-ci dəqiqədə Əfran İsmayılovun yerinə meydana daxil olan Dmitri Nazarov matçın son dəqiqələrində fərqi artırıb – 2:0. Matçda bundan başqa qol olmayıb və yığmamız seçmə mərhələdə ilk 3 xalını qazanıb.

Xatırladaq ki, “cırtdan” ölkə təmsilçisi ilə görüş xorvatiyalı baş məşqçimiz Robert Prosineçki üçün də əlamətdar olub ki, təcrübəli çalışdırıcı bu postda millimizi ilk oyuna çıxarıb. Düzdü, xorvat mütəxəssis komandamızla Antalyadakı təlim-məşq toplanışında Ukrayna “Şaxtyor”u ilə matçda debüt edib. Lakin bu görüş yoxlama xarakteri daşıdığından rəsmi status daşımırdı.

Qeyd edək ki, 10 xalla Xorvatiya və İtaliya milliləri H qrupunda 1-2-ci yerləri tuturlar. Norveç yığması 9 xalla 3-cü, Bolqarıstan 4 xalla 4-cü sırada qərarlaşır. Aktivində 1 xalı olan Malta sonuncu olan Azərbaycandan 1 pillə irəlidədi.

AVRO-2016-nın seçmə mərhələsi, V tur
H qrupu
28 mart

Azərbaycan – Malta – 2:0
QOLLAR: Cavid Hüseynov, 4, Dmitri Nazarov, 90+2

Baş hakim: Halis Özkahya

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 17. Vüqar Nadirov, 20. Namiq Ələsgərov
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 12. Emil Balayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Mahir Şükürov, 15. Ruslan Abışov, 8. Eddi İsrafiolv, 10. Elvin Məmmədov, 13. Dmitri Nazarov, 18. Coşqun Diniyev, 7. Vaqif Cavadov, 9. Məhəmməd Qurbanov, 11. Ruslan Qurbanov
Baş məşqçi: Robert Prosineçki

Malta: 1. Endryu Hoqq, 2. Conatan Karuana, 3. Stiv Bezzina, 4. Konor Borq, 5. Andre Aqius, 17, Rayan Kamilleri, 8. Roderik Briffa (k), 11. Roven Muskat, 16. Pol Fenek, 13. Andre Şembri, 19. Alfred Effionq
Ehtiyat oyunçular: 23. Henri Bonelyo, 12. Yustin Haber, 15. Yurgen Pisani, 6. Rayan Fenek, 7. Mark Skerri, 18. Byorn Kristensen, 21. Rayan Kamenzuli, 22. Zak Muskat, 9. Jan Pol Farruqia, 10. Endryu Kohen, 20. Yurgen Pisani
Baş məşqçi: Petro Qedin