“Barselona” və “Portu” yarımfinal yolundabackend

“Barselona” və “Portu” yarımfinal yolunda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş tutacaq 2 oyundan sonra yarımfinalın 2 iştirakçısı müəyyənləşəcək.

\”Barselona\” ilk oyunda 3:1 hesabı ilə yendiyi PSJ-ni qəbul edəcək. Oyunu norveçli FIFA referisi Svein Oddvar Moen idarə edəcək. Komandalar bu mövsüm qrup mərhələsində də rəqib olub. İlk PSJ 3:2, cavab matçında \”Barselona\” 3:1 hesablı qələbə qazanıb. İspaniya və Fransa klubları 2012/13 mövsümündə də 1/4 finalda qarşılaşıb. Həmin vaхt hər iki oyunda heç-heçə başa çatıb (2:2, 1:1) və \”Barselona\” səfər oyunundakı 2 qol sayəsində yarımfinala çıхıb.

Gecənin digər oyununda \”Bavariya\” ilk oyunda 1:3 hesabı ilə uduzduğu \”Portu\”nu sınağa çəkəcək. Qarşılaşmanı ingilis FIFA referisi Martin Atkinson idarə edəcək. Komandalar bu mövsüm avrokuboklarda ilk dəfə qarşılaşır.

Qeyd edək ki, 1/4 final mərhələsi sabah başa çatacaq. \”Real\” \”Atletiko\”nu (ilk oyun 0:0), \”Monako\” \”Yuventus\”u (ilk oyun 0:1) qəbul edəcək.

Çempionlar Liqası
2014/15 mövsümü
1/4 final (cavab oyunları)

21 aprel
23.45 Barselona (İspaniya) – PSJ (Fransa)
Hakimlər: Svein Oddvar Moen, Kim Tomas Haqlund, Frank Andas, Sven Erik Midtcell (Norveç).
Əlavə köməkçi hakimlər: Ken Anri Yohnsen, Svein-Erik Edvartsen (Norveç).
Barselona. \”Nou Kamp\” stadionu.

23.45 Bavariya (Almaniya) – Portu (Poruqaliya)
Hakimlər: Martin Atkinson, Mixael Mullarkey, Stepan Kild, Darren England (İngiltərə).
Əlavə köməkçi hakimlər: Antoni Taylor, Krayq Pavson (İngiltərə).
Münhen. \”Allianz Arena\”

İnterpress.az