Nərgiz Yaqublu torpağa tapşırıldıbackend

Nərgiz Yaqublu torpağa tapşırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərhumun ruhuna dua oxunub.

İnterpress.az \”Yeni Müsavat\” istinadən xəbər verir ki, Nərgiz Yaqublunu son mənzilə yüzlərlə insan müşayiət edib. Dəfn mərasimində iştirak edənlərin arasında milli-azadlıq hərəkatının liderləri, sabiq deputatlar, tanınmış ziyalılar da olub.

Qeyd edək ki, Nərgiz Yaqublu ölkənin gənclər hərəkatının önəmli simalarından, liderlərindən biriydi. O, ailə həyatı qurana qədər \”Yeni Müsavat\” qəzetinin müxbiri olmuşdu.

N.Yaqublunun vaxtsız vəfatı ölkədə və ondan kənarda yaşayan on minlərlə insanı kədərə qərq edib. Artıq üçüncü gündür ki, minlərlə insan mediada və sosial şəbəkədə gənc siyasi fəalın vaxtsız vəfatıyla bağlı üzüntüsü ifadə edir.

İnterpress.az