Bakıda motosiklet minik maşını ilə toqquşub, xəsarət alanlar varbackend

Bakıda motosiklet minik maşını ilə toqquşub, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 24-də saat 03 radələrində Yasamal rayonunun Tbilisi prospektində qeydə alınıb.

Bakı şəhər sakini Tərlan Ələsgərovun idarə etdiyi “Suzuki” markalı motosikletlə Abşeron rayon sakini Sevinc İsmayılovanın idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub. Nəticədə hər 2 sürücü və S.İsmayılovanın sərnişini xəstəxanaya yerləşdiriliblər.

T.Ələsgərovun vəziyyəti orta-ağır, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az