İki azyaşlını it dişləyibbackend

İki azyaşlını it dişləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 26-si axşam saat 20 radələrində rayonun Çayqaraqoyunlu kənd sakini, 2006-cı il təvəllüdlü Əsmayə Vüqar qızı Əliyeva sol budun aşağı nahiyəsinin it dişləməsi yarası, saat 22 rədələrində isə Şəki şəhəri Ziya Bünyadov küçəsi, ev 48 ünvanında yaşayan, 2005-ci il təvəllüdlü Altun Vüqar oğlu Xəlilov sol sarğının və döş qəfəsinin sağ yarısının it dişləməsi yarası ilə xəstəxanaya daxil olublar.

Həkim müayinəsi zamanı məlum olub ki, hər iki azyaşlını yaşadığı evdə öz itləri dişləyib.

Ə. Əliyevaya və A. Xəlilova quduzluğa qarşı peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

İnterpress.az