“Bavariya” 25-ci çempionluğunu qazandıbackend

“Bavariya” 25-ci çempionluğunu qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son oyun günündə iki görüş keçirilib.

“Paderborn” öz meydanında “Verder”lə qarşılaşıb. Oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb.

“Volfsburq” səfərdə Münhenqaldbax “Borussiya”sına uduzub – 0:1. Ən yaxın izləyicisinin bu xal itkisi “Bavariya”nı vaxtından əvvəl çempion olması ilə nəticələnib. Yarışın sonuna dörd tur qalmış “Volfsburq”la xal fərqini 15-ə yüksəldən Münhen təmsilçisi çempionluğu qeyd edib.

Qeyd edək ki, bu, \”Bavariya\”nın ardıcıl üçüncü, tarix ərzində isə 25-ci çempionluğudur.

İnterpress.az