Bakıda zəncirvarı qəza baş veribbackend

Bakıda zəncirvarı qəza baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə aprelin 26-da saat 11 radələrində Sabunçu qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri – 1956-cı il təvəllüdlü Yaşar Mehdi oğlu Məmmədovun idarə etdiyi “İnfiniti” markalı, 1982-ci il təvəllüdlü Habil Əli oğlu Bayramovun idarə etdiyi 148 saylı xətt üzrə hərəkət edən “İsuzu” markalı avtobus və 1994-cü il təvəllüdlü İsfəndiyar Mikayıl oğlu Abdullayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə İ.Abdullayev və sərnişini – atası 1963-cü il təvəllüdlü Mikayıl Əziz oğlu xəstəxanaya daxil olub, İ.Abdullayev xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır. ( apa )

İnterpress.az