Polşada Abbasqulu ağa Bakixanovun əsəri nəşr edilibbackend

Polşada Abbasqulu ağa Bakixanovun əsəri nəşr edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfirlikdən İnterpress.az-a verilən məlumata görə, Azərbaycan haqqında polyakları ətraflı məlumatlandırmaq məqsədilə AR Polşadakı səfirliyi tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Mədəniyyəti, Ədəbiyyatı, Fəlsəfə və Etikası, İncəsənəti, Musiqisi, Memarlığı, Tarixi, Eposları, Mətbəxi və Azərbaycan-Polşa seriyalarında 30 adda kitab artıq nəşr olunub.

Bununla əlaqədar, “Azərbaycan Fəlsəfəsi və Etikası” seriyasında dahi Azərbaycan mütəfəkkiri Abbasqulu ağa Bakixanovun Təhzibi əl Əxlaq/Əxlaqın formalaşdırılmasına dair əsəri AR-in Polşadakı səfirliyinin AR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və AR Elmlər Akademiyasının Ədəbi Araşdırmalar İnstitutları ilə birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunub. Kitab Polşa Respublikasının Mərkəzi və Universitet kitabxanalarına göndərilib.

İnterpress.az