Nepalda ölü sayı 10 minə yüksələ bilərbackend

Nepalda ölü sayı 10 minə yüksələ bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəlzələdən 8 milyon zərər çəkən isə çətin coğrafi şəraitdə həyat mübarizəsi aparır. BMT təcili yardım çağırışı etdi.

İnterpress.az xəbər verir ki, Nepalın Baş naziri Sushil Koirala, \”Reuters\” agentliyinə verdiyi açıqlamada, zəlzələdə ölənlərin sayının 10 minə çata biləcəyini söylədi. Daha çox beynəlxalq yardım tələb edən Baş nazir Koirala, təcili olaraq çadır və dərman ehtiyaclarının olduğunu ifadə edib.

Zəlzələdən 8 milyon adamın təsirləndiyini qeyd edən Birləşmiş Millətlər Təşkilatı isə təmiz su, sığınacaq, təmizlik vəsaitləri və dərmana ehtiyac olduğunu bildirib. BMT-dən verilən açıqlamada \”Zəlzələ xəritəsinə əsasən edilən ilkin təxminlərə görə 39 bölgədə 8 milyon adam bu zəlzələnin təsirində qalıb. Bu insanlardan əsasən 11 bölgədə yaşayan, yəni 2 milyonu isə daha çox təsirləndi \”

Nepalda ölü sayı 10 minə yüksələ bilər

Nepal Daxili İşlər Nazirliyi: “Ölü sayı 4 min 349-a yüksəlib, yaralı sayı isə 7 mindən çoxdur”

BMT-nin Uşaqlara Yardım Fondu \”UNICEF\” də təcili ehtiyac çağırışı edib. \”UNICEF\”in Katmandudaki Su, Təmizlik və Gigiyena koordinatoru Anu Gautham, onsuzda adi günlərdə belə təmiz suya ehtiyacın böyük olduğu Katmandu vadisində zəlzələdən sonra təmiz suya ehtiyatının getdikcə tükəndiyini vurğulayıb.

Xolera epidemiyası xəbərdarlığı

Nepalda ölü sayı 10 minə yüksələ bilər

Evləri dağılan zərərçəkmişlərin küçələrdə ya da düşərgələrdə qaldığını ifadə edən Gautham, düşərgələrdə qalma müddəti uzandığı təqdirdə ishal, xolera kimi xəstəliklərin ortaya çıxmasının qaçınılmaz olduğu xəbərdarlığını edib.

Zərərçəkmişlər üç gecədir çöldə çadırlarda qalarkən, Katmadu ətrafına 21 fərqli yardım düşərgəsi quruldu. Dünya Qida Proqramı da zəlzələdən əziyyət çəkənlərə yük maşınlarıyla yardım çatdırmağa çalışarkən Ümumünya Səhiyyə Təşkilatı 40 min adama tibbi vəsait çatdırıb.

Nepalda ölü sayı 10 minə yüksələ bilər

Paytaxt Katmandunun 80 kilometr şimal-şərqindəki Lamjungda şənbə günü yerli vaxtla 11:56 da meydana gələn 7,8 bal gücündə zəlzələ 1934-ci ildə meydana gələn və 10 mindən çox adamın həyatını itirdiyi 8,1 bal gücündəki zəlzələdən sonra ən şiddətli kimi qiymətləndirildi.

İnterpress.az