Bakıda yeni doğulan körpə ölübbackend

Bakıda yeni doğulan körpə ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Qaradağ rayonunda yerləşən 4 saylı Doğum evində qeydə alınıb.

Bakı şəhər sakini qeysəriyyə əməliyyatı zamanı dünyaya gətirdiyi əkiz körpələrdən biri aprelin 26-da doğum evində ölüb.

Doğum evinin baş həkimin əvəzedicisi Şəfa Yusifova isə APA-ya bildirib ki, 1986-cı il təvəllüdlü Əhmədova Maisə Qafur qızı aprelin 25-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. Onun sözlərinə görə, həmin gün ana qeysəriyyə əməliyyatı olunub, 1,7 və 1,8 kq çəkidə əkiz qız övladı dünyaya gəlib: “Xəstəxanaya gətirilən anada bundan öncə 4 hamiləlik, 2 doğuş, 2 abort olub. O, hamiləliyinin 33-cü həftəsində həkimə gətirilib. Qadının uşaqlığı üzərində 2 yararsız çapıq, döl qişasının vaxtından əvvəl axması, böyrəklərində problemlər qeydə alınıb. Aprelin 25-də Maisə Əhmədovanın 2 əkiz övladı dünyaya gəlib və əkizlərdən birinin vəziyyəti normal olub. Digəri, 1,7 kq çəkidə olan körpə isə 1 sutka yaşamayıb. Ölən körpənin doğuşdan sonra ağciyəri açılmayıb. Vaxtından əvvəl doğulan körpələrdən birinin ölümünə də səbəb ağciyərinin açılmaması olub. Digər körpə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb. Ananın vəziyyəti yaxşıdır və bu gün evə buraxılıb. Ananın bundan öncə 2 uşağı – 1 qızı və 1 oğlu olub”. ( apa )

İnterpress.az