İlham Əliyev bolqarıstanlı və makedoniyalı həmkarları ilə görüşübbackend

İlham Əliyev bolqarıstanlı və makedoniyalı həmkarları ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görüşdə dövlət başçısı R. Plevneliyevin III Qlobal Bakı Forumunda iştirakının önəmini vurğulayıb.

Ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulduğunu qeyd edən İ. Əliyev Bolqarıstana səfərini və səfər zamanı strateji tərəfdaşlıq haqqında imzalanan sənədi məmnunluqla xatırlayıb.

R. Plevneliyev isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumuna böyük maraq göstərdiyini deyib. O, Bolqarıstanla Azərbaycan arasında mövcud ikitərəfli əlaqələrin, əldə olunan razılaşma və anlaşmaların regional əməkdaşlığın genişləndirilməsi baxımından rolunu xüsusi qeyd edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İ. Əliyev həmçinin Makedoniya dövlət başçısı George İvanovla görüşüb. Dövlət başçısı G. İvanovla əvvəlki görüşlərini məmnunluqla xatırlayıb.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini deyən İ. Əliyev əməkdaşlığımızın iqtisadi sahədə də genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

G. İvanov isə Azərbaycanın son illər əldə etdiyi böyük uğurlar münasibəti ilə İ. Əliyevi təbrik edib və ölkəmizin inkişafı ilə bağlı xoş arzularını söyləyib. G. İvanov I Avropa Oyunlarının Bakıda keçirilməsini böyük tarixi hadisə kimi dəyərləndirib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, əməkdaşlığımızın enerji, sərmayə qoyuluşu, birgə layihələrin icrası, təhsil və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İnterpress.az