Sabah bu rayonlar qazsız qalacaqbackend

Sabah bu rayonlar qazsız qalacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 29-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Böyükşor”, “Yaşma” və “Giləzi”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Ərəbqədim” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Ərəbqədim, Siyəzən rayonunun Yeni Yaşma, Şurabad, Sitalçay, Zarat, Candahar və Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

İnterpress.az