Bakıda avtomobil təmiri sexində yanğın olubbackend

Bakıda avtomobil təmiri sexində yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nəsimi rayonunda avtomobil təmiri sexinin ərazisində baş verib.

Nəticədə vətəndaşa məxsus “Mercedes” markalı yük avtomobilinin banında 1 ədəd elektrik generatoru və kompressorun yanar hissələri yanıb, yüksək temperaturdan yaxınlıqdakı istifadə olunmayan konteynerin qapısı və sahibi məlum olmayan \”DAEWOO\” markalı sərnişin avtobusunun qabaq sağ tərəf hissəsi əriyib.

Yanğından yük avtomobilinin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər mühafizə olunub.

İnterpress.az