Zakir Həsənovdan təbrikbackend

Zakir Həsənovdan təbrik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbrikdə deyilir:

\”Hörmətli Böyük Vətən müharibəsi veteranları!
Sizi 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, hər birinizə səmimi salamlarımı çatdırıram.
Siz Qafqaz dağlarının ətəklərindən Berlinədək şanlı döyüş yolu keçmiş, qələbə naminə şəxsi rəşadət və şücaət nümunələri göstərmisiniz. İndi sizin sinənizi ölkənin ən yüksək orden və medalları bəzəyir. Harada, hansı cəbhədə vuruşmağınızdan asılı olmayaraq azərbaycanlı olduğunuzu heç vaxt unutmamış, xalqımıza həmişə başucalığı gətirmisiniz.

Qələbənin 70 illiyi ərəfəsində mən bir daha ömrü yarıyolda qırılan, müharibədə həlak olan silahdaşlarınızı hörmət və ehtiramla yad edir, onların müqəddəs ruhları qarşısında baş əyirəm.
Əziz veteranlarımız, Siz Böyük Vətən müharibəsi veteranlarının sonuncu mogikanlarısınız və yaşınızın 90-ı çoxdan haqlamasına baxmayaraq, ixtiyar çağınızda da gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində səylərinizi əsirgəmirsiniz.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Sizin xidmətlərinizi həmişə yüksək qiymətləndirib, Sizi xalqımızın qızıl fondu adlandırıb.
Siz daim ölkə rəhbərliyinin, prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmusunuz.

Arzu edirəm ki, bundan sonrakı ömür payınızı da nəvə-nəticələrinizlə birlikdə şad-firavan yaşayasınız. Qələbə gününü gördüyünüz kimi, nəvə-nəticələrinizin Qarabağdan qələbə müjdəsi gətirəcəyi günü görmək də Sizlərə qismət olsun!\”

İnterpress.az