Prezidentlərin görüşünə hazırlıq gedirbackend

Prezidentlərin görüşünə hazırlıq gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik bildirib: “Biz hər zaman prezident İlham Əliyev və prezident Serj Sarkisyanla danışıqlar imkanından istifadə edirik. Prezidentlərin görüşünün vaxtı hələlik müəyyənləşməyib, ancaq hər iki prezident danışıqların intensivləşməsini istədiklərini bildiriblər. Biz prezidentlərin görüşünü təşkil etmək üçün yaxın vaxtlarda regiona səfər edəcəyik. Həm prezident Əliyev, həm də prezident Sarkisyan münaqişənin həlli yollarını tapmaq istəyirlər. Bu münaqişə artıq uzun illərdir davam edir və neçə-neçə insan həyatı yarıda kəsilir. Biz istəyirik ki, bunun sonu olsun”.

İnterpress.az