Azərbaycan prezidenti Avropa Oyunları Parkının açılışında iştirak edibbackend

Azərbaycan prezidenti Avropa Oyunları Parkının açılışında iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan prezidentinə və xanımına məlumat verib ki, Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir.

Prezident və xanımı parkda görülən işlərlə tanış olublar. Sonra dövlət başçısı və parkın ərazisində Oyunlar zamanı Avropadan olan rəsmi və texniki heyətə xidmət göstərəcək taksilərə baxıb.

İnterpress.az