Polşada “Heydər Əliyev polyakların gözü ilə” sərgisi keçirildi – FOTObackend

Polşada “Heydər Əliyev polyakların gözü ilə” sərgisi keçirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın paytaxtı Varşava şəhərinin iki əsas hərəkətli küçəsində, açıq havada keçirilən sərgi Ulu Öndərin həyat və fəaliyyəti haqqında, eyni zamanda, Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, Bakı 2015: 1-ci Avropa Oyunları və bütövlükdə Azərbaycanımız haqqında həqiqətlərin Polşa cəmiyyətinə dolğun və düzgün çatdırılması məqsədi ilə təşkil olunub.

Bu barədə saytımıza məlumat verən ASGA-nın sədri Səbuhi Abbasov sərginin 4 panel üzrə təşkil olunduğunu dedi: “Sərgimiz 4 panel üzrə reallaşıb: Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanda Gül bayramı, Müasir və inkişaf edən Azərbaycan, Bakı 2015 – İLK AVROPA OYUNLARI. Sərgi, bütövlükdə, polşa cəmiyyətinin marağına uyğun formatda təşkil olundu. Sərgidə iştirak edəcək polyaklara Bakı 2015: 1-ci AVROPA OYUNLARI ilə bağlı müxtəlif rekvizitlər (papaq, köynək, idman dəsti, buklet, reklam çapları və s.) hədiyyə edildi. Ümumilikdə 30-dan artıq ekspanat şəhərin iki hərəkətli küçəsində polyaklara təqdim olundu. Bundan başqa 300-ə yaxın “Bakı 2015 – İLK AVROPA OYUNLARI” haqqında visual görüntüləri olan disklər, 100-ə yaxın üzərində “Bakı 2015 – İLK AVROPA OYUNLARI” yazısı olan papaq və mayka, 20 ədəd “Bakı 2015” yazısı olan fincan, 500-ə yaxın Azərbaycan haqqında buklet, 50-yə yaxın parça və elektron bayraqlar polyaklara hədiyyə edildi. 1 saat keçirilməsi nəzərdə tutulan sərgi 3 saatdan artıq davam etdi. Hesab edirəm ki, bu cür təbliğat xarakterli layihələr bütün Slavyan ölkələrində reallaşmalıdır. Öz növbəmdı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevə və Azərbaycanın Polşadakı səfiri Həsən Həsənova göstərdikləri diqqətə görə təşəkkür edirəm.”

Sərginin təşkilatçıları ASGA Polşa nümayəndəliyinin rəhbəri Anar Məmmədov, ASGA Polşa nümayəndəliyinin polyak üzvü Kamil Sobçak, ASGA Polşa nümayəndəliyinin üzvü, DAK Polşa nümayəndəliyinin rəhbəri Nail Əhməd, ASGA Polşa nümayəndəliyinin üzvü Səbinə Səlimzadədir.

Qeyd edək ki, “Heydər Əliyev polyakların gözü ilə” adlı sərgi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.

Polşada “Heydər Əliyev polyakların gözü ilə” sərgisi keçirildi - FOTO

Polşada “Heydər Əliyev polyakların gözü ilə” sərgisi keçirildi - FOTO

Polşada “Heydər Əliyev polyakların gözü ilə” sərgisi keçirildi - FOTO

Polşada “Heydər Əliyev polyakların gözü ilə” sərgisi keçirildi - FOTO

Polşada “Heydər Əliyev polyakların gözü ilə” sərgisi keçirildi - FOTO

İnterpress.az